Əliyar Ağayev ardıcıl ikinci dəfə Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

36 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının qrup mərhələsində keçiriləcək III turun oyunlarından birini idarə edəcək.

Ə. Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmrəli olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Hələlik adı açıqlanmayan qarşılaşma oktyabrın 26-da oynanılacaq.

Qeyd edək ki, Əliyar Ağayev daha əvvəl Avropa Liqasının qrup mərhələsində Polşada “Rakuv" və Avstriyanın “Şturm” komandaları arasında keçirilmiş II tur oyununun baş hakimi olub.

Xəbər 216 dəfə oxundu.