“Azərreyl” voleybol klubu avrokuboklara qələbə ilə başlayıb | |
Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ilk görüşünü keçirib. Komanda 1/32 finalda Ukraynanın "Balta" kollektivi ilə qarşılaşıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada "Azərreyl" rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib. Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 18-də eyni məkanda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq. |
|
Xəbər 250 dəfə oxundu. |
|
|