“Gəncə” voleybol klubunun İdarə Heyətinin iclası keçirilib
“Gəncə” voleybol klubunun İdarə Heyətinin iclası keçirilib.

İclasda klubun prezidenti Elvar Osmanov komandanın qarşısına qoyulan hədəflərdən danşıb, heyətin Azərbaycan Yüksək Liqasına hazırlığı ilə maraqlanıb.

Komandanın yeni mövsüm üçün planları barədə danışan klubun baş məşqçisi belaruslu Sergey Çasnavitski voleybolçuların hazırlığı, məşq prosesi ilə bağlı məlumat verib, heyətin yeni mövsümün startınadək tam hazır olacağını diqqətə çatdırıb.

Görüşdə komandanın ev və səfər oyunlarına hazırlığı, qarşıdakı planlar və klubun texniki heyət üzvləri arasında koordinasiyasının daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığı davam etdirən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb.

Xəbər 165 dəfə oxundu.