AFFA “Səbail” klubu ilə bağlı iddianı təmin etməyib
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi “Səbail”in sabiq futbolçusu Tural Bayramlının Bakı klubuna qarşı təzminat tələbinə dair işə baxıb.

25 yaşlı yarımmüdafiəçinin şikayəti təmin olunmayıb.

Bu isə o deməkdir ki, “dənizçilər” oyunçuya kompensasiya ödəməyəcək və kluba hər hansı sanksiya tətbiq edilməyəcək.

Qeyd edək ki, cari mövsümün sonunda “Səbail”i “Araz-Naxçıvan”a dəyişən Tural Bayramlı sabiq klubunu müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq AFFA-ya şikayət edib.

Xəbər 178 dəfə oxundu.