Rəşad Sadıqov populyar oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiya altı qitənın ən populyar futbolçularının siyahısı açıqlayıb. Siyahıda Avropa qitəsindən 80 futbolçu yer alıb. Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da siyahıya daxil edilib.
Futbolçumuz bu siyahıda 43-cü pilləni tutur. Sadıqov populyarlığa görə Xedira, Samir Handonoviç, Abidal, Juan Mata, Robert Levandovski, Nani, Robben və başqa bir neçə futbolçunu qabaqlayıb.
Siyahı tərtib edilərkən futbolçuların 2012-ci ildəki fəallığı nəzərə alınıb.

Xəbər 834 dəfə oxundu.