AFFA-nın təşkilatçılığı ilə növbəti məşqçi kurslarına start verilib
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.

Qusar Olimpiya İdman Kompleksində keçirilən kursa rayon məktəblərində çalışan fiziki tərbiyə müəllimləri cəlb olunublar.

Açılış nitqi ilə çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.

24 nəfər müəllimin qatılıdğı kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Xəbər 190 dəfə oxundu.