Azərbaycanın U-21 yığması Şimali İrlandiyaya uduzub | |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Samir Əliyevin baş məşqçi olduğu kollektiv Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasını qəbul edib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 40-cı dəqiqədə yığmanın heyətində Camal Cəfərov penaltini boşa verib. Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Serbiyaya məğlub olub - 0:2. |
|
Xəbər 194 dəfə oxundu. |
|
|