Azərbaycan Həndbol Federasiyasının rəsmisi yeni təyinat alıb | |
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri və beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb. O, kişilər arasında Avropa Kubokunun ikinci mərhələsinin “Beykoz BLD SK” – “HC Vise BM” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq. Türkiyə və Belçika təmsilçilərinin oyunu oktyabrın 15-də İstanbuldakı “Recep Şahin Göktürk” idman kompleksində keçiriləcək. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər idarə edəcəklər. |
|
Xəbər 181 dəfə oxundu. |
|
|