“Kəpəz”in ev oyunlarını keçirəcəyi məkan bəlli olub
“Kəpəz” komandasının Gəncə şəhər stadionu söküldükdən sonra ev oyunlarını keçirəcəyi məkan bəlli olub.

“Sarı-göylər” növbəti turdan etibarən rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək.

Gəncədəki arenada söküntü işlərinin yaxın günlərdə başlayacağı bildirilib.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın X turunda Tovuzda çempionatın lideri “Zirə” ilə qarşılaşacaq. Oktyabrın 21-də keçiriləcək oyun saat 15:00-da başlayacaq.

Xəbər 127 dəfə oxundu.