“Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib | |
Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Abdullah Avcı təyin olunacaq. Superliqa təmsilçisi ilə anlaşan 60 yaşlı mütəxəssis oktyabrın 12-də Trabzona gedərək, rəsmi müqaviləyə imza atacaq. Hələlik sözləşmənin detalları açıqlanmayıb. O, bu vəzifədə yenicə istefaya göndərilmiş Nenad Byelitsanı əvəzləyəcək. Qeyd edək ki, daha əvvəl 2020-cı ilin noyabrından 2023-cü ilin mart ayınadək “Trabzonspor”a başçılıq etmiş Abdullah Avcı bu müddət ərzində komandası ilə həm Superliqanın, həm də ölkə Superkubokunun qalibi olub. |
|
Xəbər 89 dəfə oxundu. |
|
|