Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib
Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək kollektivin heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev ("Qarabağ") və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıb.

Onların əvəzinə Əkbər Eyubov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub. Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.

Qeyd edək ki, yoldaşlıq oyunları oktyabrın 14-də və 16-da keçiriləcək.

Xəbər 106 dəfə oxundu.