Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
Qadın həndbolçularımız 2024-cü il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar.

Milli komandamız ilkin təsnifat matçını səfərdə keçirəcək.

Bu gün Skopye şəhərində təşkil olunacaq oyunda rəqib Şimali Makedoniya komandasıdır.

Həndbolçularımız ardınca doğma azarkeşlər önünə çıxacaqlar. Komandamız oktyabrın 14-də “Bakı İdman Sarayı”nda İspaniya kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimizin qrupdakı digər rəqibi Litva kollektividir. Bu komanda ilə ilk oyun gələn ilin fevralın 28-də Bakıda olacaq.

Xəbər 171 dəfə oxundu.