Çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibləri Vətənə qayıdıb
Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) iştirak edən kişilərdən ibarət “Murov Az Terminal” klubu Vətənə qayıdıb.

Komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, idman ictimaiyyəti və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, “Murov Az Terminal” komandası çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.

Xəbər 172 dəfə oxundu.