Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
Ağırlıqqaldırma üzrə milli komandanın üzvləri Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədris Laboratoriyasında tibbi yoxlanışdan keçiblər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılardan bir sıra testlər götürülüb.

Buraya ilkin tibbi baxış, əzələ fəaliyyətinin qiymətləndirilməsi (Muscle function screening incl. core stability), bədənin xüsusi tərkibinin ölçülməsi (Body composition measurement), stabilometriya (Biodex Balance), 3-D antropometriya (3-D anthropometry), rəyin ultrasəs müayinəsi (Exokardioqrafiya), elektrokardioqrafiya (EKQ), laktat və psixoloji testlər daxildir.

Proqram hər idmançı üçün fərdi olaraq, Böyük Britaniyanın UCL universitetinin kliniki protokollarından və ComplexCore bərpaedici fiziki hərəkətlər kompleksindən istifadə edilməklə icra olunub.

Yoxlanışın keçirilməsində məqsəd idmançıların fiziki hazırlıqlarının tam yoxlanılması, məlumatlardan istifadə edilərək uzunmüddətli hazırlıq planlarının tərtib edilməsi, onun səmərəli həyata keçirilməsinə dəstək olmaqdır.

Xəbər 165 dəfə oxundu.