“Kəpəz”in istirahəti bitdi
Noyabrın 3-də evə buraxılan “Kəpəz”in heyəti yenidən bir araya gəlib. Futbolçu və məşqçi heyəti komandanın yerləşdiyi bazaya yığışıb.
Komandanın ilk məşqi dünən saat 15:45-da baş tutub. Hazırlıq prosesi bir saat çəkib. Məşqçilər korpusu istirahətdən qayıdan oyunçuları çox da yükləməyib. Məşq əsasən bərpaedici xarakter daşıyıb.
Qeyd edək ki, “Kəpəz” növbəti oyununu “Qəbələ”yə qarşı keçirəcək. XIII turun bu matçı noyabrın 19-da Qəbələdə baş tutacaq.

Xəbər 865 dəfə oxundu.