Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
“Red Bull”un holland pilotu Maks Ferstappen 2023-cü il mövsümündə Formula 1 dünya çempionatının 17-ci mərhələsində - Qətər Qran-Prisində qalib gəlib.

Lusail şəhərində reallaşan yarışda ikinci yeri avstraliyalı “McLaren”in pilotu Oskar Piastri tutub. İlk üçlüyü onun komanda yoldaşı britaniyalı Lando Norris tamamlayıb.

Növbəti mərhələ oktyabrın 20-dən 22-dək Ostində (ABŞ, Texas) keçiriləcək.

Xəbər 145 dəfə oxundu.