Azərbaycan klubu voleybol üzrə Avropa Kubokunun qalibi olub
Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun qalibi müəyyənləşib.

Azərbaycanı təmsil edən MUROV AZ TERMİNAL turnirin qalibi olub.

Klub buna çempionluq matçında ev sahibi Türkiyənin TVF Spor Lisesi SK ANKARA klubunu 15:10 hesabı ilə məğlub edərək nail olub.

Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə Azərbaycan təmsilçisi qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib.

Qeyd edək ki, MUROV AZ TERMİNAL çimərlik voleybolunda Azərbaycana CEV-in təşkilatçılığı ilə keçirilən yarışlarda ilk qızıl medalı qazandırıb.

Xəbər 123 dəfə oxundu.