“Gəncə” voleybol klubu növbəti transferini açıqlayıb
Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, qərb təmsilçisi rusiyalı Anna Dmitrieva ilə bir illik müqavilə imzalayıb.

Voleybolçu son mövsümü Rusiyanın “Peterburq-Qaz” komandasında keçirib.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edəcək.

Xəbər 132 dəfə oxundu.