Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək
Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək.

ÇL-dən fərqli olaraq Avroliqada bütün görüşlər eyni gündə baş tutacaq.

Bu axşam "Neftçi"nin qrupu ilə yanaşı, digər 11 qrupda da IV turun oyunlar keçiriləcək. Ümumilikdə 24 qarşılaşma baş tutacaq ki, bunlar arasında bir sıra maraqlı görüşlər olacaq.

Azərbaycan futbolsevərlərinin diqqəti yenidən Türkiyəyə yönələcək. Burada "Fənərbaxça" klubu Kiprin "AEL Limassol" komandasını sınağa çəkəcək. İstanbul təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində növbəti görüşlər noyabrın 25-də keçiriləcək.

Xəbər 973 dəfə oxundu.