“Azərreyl” voleybol klubu yeni mövsümün hazırlığına başlayıb
Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası yeni mövsümün hazırlığına start verib.

Klubdan verilən məlumata görə, təlim-məşq toplanışının ilk mərhələsi Voleybol Mərkəzində keçirilir.

Hazırlıqda baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında 12 voleybolçu iştirak edir. Komanda əsasən fiziki məşqlərə üstünlük verir.

Xəbər 246 dəfə oxundu.