Bakıda avarçəkmə təlimi keçiriləcək
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim oktyabrın 7-də “Dədə Qorqud” parkı ərazisində təşkil olunacaq və saat 16:00-dan 18:00-dək davam edəcək.

Təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Xəbər 147 dəfə oxundu.