Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Əliyev Elxan İzzət oğlu Əliyev Şahin Kamoş oğlu Məmmədli Oruc Mehbalı oğlu Məmmədli Süleyman Bağır oğlu Məmmədov Rafiq Allahverdi oğlu Rəhimov Nazir Həzrətqulu oğlu “Əməkdar Jurnalist” İsmayılov Eldar Xankişi oğlu Məmmədov Bəxtiyar Miryusif oğlu İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 noyabr 2012-ci il. |
|
Xəbər 1331 dəfə oxundu. |
|
|