Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə yığma komandalarımızın təlim-məşq bazası olan Ağır Atletika Mərkəzində olub.

Federasiyanın mətbuat xidmətində verilən məlumata görə, K. Nəbizadə burada yaradılan şəraitlə tanış olub, məşq və yarış zalı, tibb, tədris, istirahət və digər otaqları gəzib, maddi-texniki təminatın vəziyyətini öyrənib, onun yaxşılaşdırılması barədə fikir mübadiləsi aparıb, rəy və təkliflərini verib.

Federasiya prezidenti idmançıların yüksək nailiyyətlər qazanması üçün onlara ən yaxşı şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Xəbər 145 dəfə oxundu.