Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb
Macarıstanın “Sventelski Bekesksaba ” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Rumıniyada mövsümünün ilk kubokunu qazanıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, onun komandası hər mövsüm öncəsi ənənəvi olaraq keçirilən Boraqua Kubokunun finalında “Fatum-Niredxaza” klubu ilə qarşılaşıb.

“Sventelski Bekesksaba” kollektivinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan voleybolçusu 24 xal qazanıb.

Xəbər 127 dəfə oxundu.