Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abiyev Ağacan Qulam oğlu
Mədətov İlham İsa oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Akif Arif oğlu
Əliyev Natiq Avil oğlu
Hümbətov Cəfər İslam oğlu
Mehdiyev Qabil Sabir oğlu
Nəcəfov Dilavər Ədalət oğlu
Spirina İrina Anatolyevna

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il.

Xəbər 1415 dəfə oxundu.