Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir | |
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir. Turnirin sonuncu günündə 10 cüdoçumuz tatamiyə çıxacaq. Yarışmada 90 kiloqram çəki dərəcəsində dörd cüdoçumuz, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində altı cüdoçumuz güclərini sınayacaq. 90 kiloqram Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kiloqram Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kiloqram İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib. |
|
Xəbər 115 dəfə oxundu. |
|
|