Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
Sentyabrın 23-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş təşkil edilib.

"Dədə Qorqud" parkı ərazisindən start verilən tədbirdə yürüşdə peşəkar və həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər. Velosipedçilər park ərazisindən saat 10:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.

Xəbər 131 dəfə oxundu.