“Neftçi” “Rubin”i qəbul edəcək
Sabah Avroliqanın qrup mərhələsi çərçivəsində “Neftçi” “Rubin”i qəbul edəcək. Hər iki komanda bugün məşqə çıxacaq. İlk olaraq Tofiq Bəhramov adına respublika stadionu qonaqların ixtiyarına veriləcək.
Belə ki, 17:30-da mətbuat konfransı keçirəcək Kurban Berdıyev öz yetirmələrini 18:00-da məşqə çıxaracaq. Qonaqlardan sonra meydan “ağ-qaralar”a veriləcək. 19:30-da jurnalistlərin qarşısına çıxacaq Böyükağa Hacıyev öz yetirmələrinə 20:30-da məşq keçəcək.

Xəbər 873 dəfə oxundu.