Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulacaq
Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulacaq.

Son oyun günündə daha 8 qarşılaşma baş tutacaq.
E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda Danimarkanın "Nordsjaelland" komandasını qəbul edəcək. Digər oyunda "Şaxtyor" səfərdə "Çelsi"nin qonağı olacaq.
F qrupunda Almaniyanın köklü klublarından olan "Bavariya" evdə son Fransa çempionu "Lill"lə qarşılaşacaq. İspaniyanın "Valensiya" klubu doğma azarkeşləri önündə BATE ilə üz-üzə gələcək.

G qrupunun lideri "Barselona" klubu Şotlandiyaya səfər edəcək. Kataloniya təmsilçisi burada "Seltik"lə münasibətlərinə aydınlıq gətirəcək. Moskva "Spartak"ı isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.

H qrupunda Türkiyənin "Qalatasaray" klubu Rumıniyada "ÇFR Kluj" komandası ilə üz-üzə gələcək. Portuqaliyanın "Braqa" klubu doğma azarkeşləri önündə "Mançester Yunayted" komandasını sınağa çəkəcək.

Xəbər 1161 dəfə oxundu.