Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi İtaliyada Avropa çempionatının final oyununu izləyəcək
Sentyabrın 15-də İtaliyanın paytaxtı Romada Avropa Voleybol Konfederasiyasının (CEV) 50 illik yubileyi münasibəti ilə qala gecəsi təşkil olunacaq.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən (AVF) verilən məlumata görə, tədbirdə Avropa federasiyalarının prezidentləri və rəsmi qonaqlar iştirak edəcəklər.

AVF-nin prezidenti Şahin Bağırov və vitse-prezidenti Faiq Qarayev də qala gecəsinə qatılacaqlar.

Federasiya rəhbərliyi sentyabrın 16-da isə İtaliyada kişi voleybolçular arasında keçirilən Avropa çempionatında final və üçüncü yer uğrunda görüşləri izləyəcək.

Xəbər 116 dəfə oxundu.