Yığmamızın təlim-məşq toplanışı başlayıb
Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə keçirəcəyi oyuna hazırlaşır. Yığmamızın bu gündən etibarən Bakı şəhərində təlim-məşq toplanışı başlayıb.
Millimizin bu gün saat 16:15-də, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək məşqi mətbuat üçün açıq olacaq.

Xəbər 829 dəfə oxundu.