Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib | |
Bu gün Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib. Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, Beynəlxalq Voleybol Federasiyası (FIVB) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutan FIVB-nin Level iki seminarı sentyabrın 15-dək davam edəcək. Burada yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edir, onun assistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatını almış, çimərlik voleybolu üzrə məşqçi olan Nihad Tanriverdiyevdir. Seminar nəzəriyyə və təcrübədən ibarətdir. Seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək. Nəzərinizə çatdıraq ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin Level 1 seminarı keçirilib. Cari ilin noyabr ayında isə ölkəmizdə FIVB Level 3 beynəlxalq seminarının təşkili nəzərdə tutulub. |
|
Xəbər 120 dəfə oxundu. |
|
|