“Qarabağ” sabahdan məşqlərə başlayacaq
“Qarabağ” sabahdan məşqlərə başlayacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra futbolçulara 2 günlük istirahət vermişdi.
Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə müddətində Ağdam təmsilçiləri hazırlıqlarını tam heyətlə yerinə yetirə bilməyəcək. Milliyə çağırılan futbolçular artıq klubun düşərgəsindən ayrılıb.
Qeyd edək ki, “Qarabağ” noyabrın 18-də mərkəzi arenada “Simurq”u qəbul edəcək.

Xəbər 962 dəfə oxundu.