Azərbaycan poloçuları Avropa çempionatının finalına yüksəliblər | |
Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir. Sentyabrın 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb. Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqi ilə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın edib. Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçiriblər. Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabı ilə qonaqlar qalib olublar. Beləliklə, Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq final oyunu bu gün keçiriləcək. Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız İspaniya yığmasına 6:5 hesabı ilə qalib gəlmişdi. |
|
Xəbər 120 dəfə oxundu. |
|
|