“İnter” futbolçularına 3 günlük istirahət verilib
Noyabrın 4-də “Sumqayıt”la keçirilən oyundan sonra “İnter” futbolçularına 3 günlük istirahət verilib. Millinin oyunuyla bağlı yaranmış fasilədə “İnter” yoldaşlıq matçı keçirəcək.
Qeyd edək ki, komanda noyabrın 8-də “Şəfa” stadionunda toplaşaraq məşqlərə başlayacaq. Noyabrın 12-də isə AZAL-la yoldaşlıq matçı nəzərdə tutulub. Oyun “Şəfa” stadionunda baş tutmalıdır.

Xəbər 939 dəfə oxundu.