“Gəncə” klubu heyətini braziliyalı voleybolçu ilə gücləndirib
Yeni mövsümdən Azərbaycan Yüksək Liqasında debüt edəcək qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi braziliyalı voleybolçu Fernando Melo ilə müqavilə imzalayıb.

Otuz altı yaşlı oyunçu ötən mövsümü Perunun “Alianza” klubunda keçirib. 180 santimetr boya malik hücumçu daha əvvəl Braziliyanın “Uniara”, “Sollis Nestle”, “Rio do Sul”, Argentinanın “Ximnasiya Esqrima La Plata”, Fransanın “İstr”, Kiprin “Pafiakos” və Yunanıstanın “Tiras” klublarının da şərəfini qoruyub.

Gəncə təmsilçisi daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova və Leyla Parşkova ilə anlaşıb.

Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Xəbər 170 dəfə oxundu.