Kreyq Leveyn istefaya göndərilib
Şotlandiya milli komandasının baş məşqçisi Kreyq Leveyn istefaya göndərilib. Şotlandiya Futbol Assosiasiyasının (ŞFA) rəhbərliyi çalışdırıcını yığmanın 2014-cü il dünya çempionatının seçmə mərhələsində uğursuz startı ilə əlaqədar vəzifəsindən azad etməyi qərara alıb.

Belə ki, Belçika, Xorvatiya, Serbiya, Makedoniya və Uels yığmaları ilə bir qrupda yer alan şotlandiyalılar cəmi 2 xal toplayıb. Leveynin müqaviləsi 2014-cü ilin yayına kimi idi. Buna görə də ŞFA mütəxəssislə müqaviləni birtərəfli şəkildə pozduğuna görə 700 min funt sterlinq təzminat ödəməlidir.

Xəbər 956 dəfə oxundu.