Azərbaycan kikboksçuları Avropa birinciliyini 63 medalla başa vurublar
Türkiyənin İstanbul şəhərində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa birinciliyi başa çatıb.

Federasiyadan verilən məlumata görə, Azərbaycan millisi yarışda tarixi uğura imza ataraq 16 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.

Yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev isə qitə birinciliyinin ən yaxşı məşqçisi adına layiq görülüb.

Yığmamız medal sıralamasında 7-ci, rinq döyüşlərində isə 1-ci yeri tutub.

Xəbər 105 dəfə oxundu.