Elhad Nəzirinin çıxış etdiyi “Milsami” Moldova çempionatında növbəti oyununu keçirib
Yığmamızın müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi “Milsami” Moldova çempionatında növbəti oyununu keçirib. Həmyerlimizin komandası ölkə çempionatının 15-ci turunda “Tiraspol”un qonağı olub.
“Milsami” oyunu məğlub başa vurub – 1:2. Komandasının əsas heyət üzvü hesab olunan Elhad yenə meydana start heyətdə meydana çıxıb. Onu 84-cü dəqiqədə Traore əvəzləyib. Yığmamızın üzvü 59-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Xəbər 863 dəfə oxundu.