Dünya Qadın Seriyası: Azərbaycan millisi və “Neftçi”nin oyunlarının təqvimi açıqlanıb | |
Fransanın Pon-dü-Qar şəhərində 16 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 21-ci mərhələsi baş tutacaq. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, qadınlardan ibarət millimiz əsas qrupa vəsiqə qazanmaq üçün təsnifatda Monqolustan və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komandamızın ilk oyunu avqustun 31-də Malayziya seçməsinə qarşı olacaq. Təmsilçimiz “Neftçi” isə B qrupunda Niderland və Misir milliləri ilə üz-üzə gələcək. Bakı klubu ilk qrup oyununu yığmamızla eyni gündə Misirə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar |
|
Xəbər 119 dəfə oxundu. |
|
|