“Azərreyl”in kişilərdən ibarət komandasının baş məşqçisi bəlli olub
Müəyyən fasilədən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq “Azərreyl”in yeni baş məşqçisi müəyyənləşib.

Klubdan verilən məlumata görə, komanda təcrübəli mütəxəssis Boris Qrebennikova həvalə edilib.

Qazaxıstan və Fransa vətəndaşlığı olan çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi “Azərreyl”i yüksəklərə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub.

Boris Qrebennikov Qazaxıstan yığmasında da baş məşqçi kimi işini davam etdirəcək.

65 yaşlı mütəxəssis Bakı təmsilçisinə gəlinədək müxtəlif ölkələrdə işləyib. O, Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb. Mütəxəssis ardınca Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların sükanı arxasında olub.

Tunisdə “Etual du Sahel”də də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb.

Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası Cengiz Akarçeşmeyə həvalə olunub.

Xəbər 103 dəfə oxundu.