İlham Zəkiyev: Paralimpiya yarışlarında yeni kateqoriya yaradılıb
Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında zədə almışdım. Buna baxmayaraq, həmin yarışdan iki həftə sonra dünya çempionatına yola düşdüm. Burada finaldakı rəqibim braziliyalı idmançıya məğlub olub gümüş medal qazandım.

Bu sözləri açıqlamasında Azərbaycan paracüdoçusu, Paralimpiya Oyunlarının ikiqat qalibi İlham Zəkiyev son beynəlxalq yarışlardakı çıxışları barədə danışarkən deyib:

Səkkizqat Avropa çempionu iştirak etdiyi turnirlərin Paris-2024 Yay Olimpiya Oyunlarına reytinq xalları verdiyini bildirib: “Reytinq cədvəlində birinci sıradayam. Paris Olimpiadasında iştirak etmək üçün reytinq yarışları çox önəmlidir. Hazırda iştirak etməli olduğum 4 yarış qalıb. Yüksək nəticələr qazanmaq üçün əlimdən gələni edəcəyəm ki, Olimpiya Oyunlarına lisenziya qazanım”.

O, cüdo üzrə paralimpiya yarışlarında yeni kateqoriyanın yaradıldığını vurğulayıb: “İndiyədək beş olimpiadada iştirak etmişəm. Əvvəl yarışlar 3 kateqoriya üzrə keçirilirdi: B1-zəif görənlər, B2- orta görənlər, B3- heç görməyənlər. Mən isə bütün yarışlarda orta görənlərlə güləşmişəm. Təbii ki, bu, çox çətinlik yaradırdı. Uzun illərdir Azərbaycan Cüdo Federasiyası olaraq müəyyən qurumlara müraciət edirdik ki, bu halı aradan qaldırsınlar. Çünki digər növlərdə heç görməyən idmançıların kateqoriyası ayrıdır. Şükürlər olsun ki, məsələ həllini tapdı və iki kateqoriya yarandı. Artıq bundan sonra mən də J1

Xəbər 111 dəfə oxundu.