“Fənərbağça” iki futbolçunun zədəsini sağaltmasına sevinir
Həftə içi Avropa Liqasının qrup oyununda “AEL Limasol”la qarşılaşacaq “Fənərbağça” iki futbolçunun zədəsini sağaltmasına sevinir. “Sarı lacivərtlilər”in iki aparıcı futbolçusu Jozep Yobo və Raul Meyreleş komanda ilə birgə məşqlərə başlayıblar.
Komandanın baş məşqçisi Aykut Kocaman noyabrın 6-də bu futbolçulara şans verəcəyi təqdirdə həm Meyreleş, həm Yobo meydana çıxa biləcək.

Xəbər 849 dəfə oxundu.