Badmintonçumuz beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunun paytaxtı Yaundedə keçirilən “Cameroon Internationanl 2023” turnirində qızıl medal qazanıb.

Federasiyadan verilən məlumata görə, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı finala gedən yolda Sloveniya, BƏƏ və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib.

Keişa Fatima Zəhra həlledici görüşdə İsrail badmintonçusu Kseniya Polikarpova ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz yekunda 2:0 (21-14,21-16) hesablı qələbə qazanaraq “International” seriyalı turnirin qalibi olub və hesabına 2500 reytinq xalı yazdırıb.

Xəbər 142 dəfə oxundu.