Cavid oynadı, komandası darmadağın etdi
Milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynovun Türkiyədə növbəti oyununu keçirib.Futbolçumuzun çıxış etdiyi “Adana Dəmirspor” PTT birinci liqasının 10-ci turunda “Ankaragücü”nü qəbul edib.
Oyun “Adana Dəmirspor”un qələbəsi ilə yekunlaşıb – 4:1. Son oyunlarda bir qədər az forma şansı qazanan Cavid 84-cü dəqiqədə meydana çıxıb. Komandası son qolu məhz onun meydana çıxmasından sonra vurub.

Xəbər 909 dəfə oxundu.