Şahin Bağırov Oğuzda voleybolçular üçün yaradılan şəraitlə tanış olub
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Oğuz Olimpiya İdman Kompleksində olub.

AVF-dən verilən məlumata görə, qurumun prezidenti Şahin Bağırov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və digər qonaqlar burada Oğuz və Şəkidən olan yeniyetmə voleybolçuların məşqini izləyiblər.

Uşaq voleybolunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan Ş.Bağırov idmançılara yaradılan şəraitlə yaxından tanış olub, uşaqlarla maarifləndirici söhbət aparıb və onlara peşəkar voleybolçu olmaq yolunda ciddi çalışmağı tövsiyə edib.

Ölkə üzrə keçiriləcək yarışların sayının artırılacağını deyən qurum rəhbəri müxtəlif regionlardan olan voleybolçularla belə yarışlarda görüşəcəklərini vurğulayıb. Ölkə birinciliklərində region komandalarının da iştirakının vacibliyini bildirən Ş.Bağırov Oğuz rayonunun Yüksək Liqada təmsil olunmasını da məsləhət görüb.

Xəbər 149 dəfə oxundu.