Paracüdoçularımız dünya oyunlarını üç medalla başa vurublar
İngiltərənin Birmingem şəhərində keçirilən IBSA dünya oyunlarında cüdo yarışları başa çatıb.

Azərbaycan paracüdoçuları yarışı iki gümüş, bir bürünc medalla başa vurublar.

Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kiloqram), qadınlarda isə Xanım Hüseynova (70 kiloqram) turniri ikinci pillədə başa vurublar.

Digər qadın cüdoçu Şəhanə Hacıyeva (48 kiloqram) bürünc medala yiyələnib.

Xəbər 94 dəfə oxundu.