Avro-2023: Voleybolçulardan ibarət millimiz İsveç komandasına məğlub olub
Avropa çempionatında iştirak edən qadın voleybolçulardan ibarət millimiz qrupda son oyununa çıxıb.

C qrupunda yer alan komandamız İsveçlə qarşılaşıb. Bu matçda yığmamız 1:3 (17:25, 25:17, 21:25, 18:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamızın növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyi Çexiya-İsveç qarşılaşmasından sonra bəlli olacaq.

Xəbər 166 dəfə oxundu.