Atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.

Bu gün milli komandamızın üzvü Anna Skidan mübarizəyə qoşulub.

Çəkicatma üzrə təsnifat mərhələsində iştirak edən idmançı 77.10 metr nəticə ilə final mərhələsinə yüksəlib.

Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atletimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 178 dəfə oxundu.