Azərbaycan Voleybol Federasiyasının rəsmiləri millimizin məşqini izləyiblər
Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bu gün baş tutacaq İsveçlə oyun öncəsi məşqə çıxıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə komandamız qrup mərhələsindəki son matça hazırlığı "Castello Düsseldorf" arenada davam etdirib.

AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri də yığmamızın məşqində olublar.

Onlar ilk olaraq voleybolçularımızı dünənki qələbə münasibətilə təbrik ediblər. Federasiya rəsmiləri oyuna hazırlıq prosesi ilə maraqlanıb, bugünkü mühüm qarşılaşmada komandamıza uğurlar arzulayıblar.

Qeyd edək ki, millimiz bu gün qrupda son matçını İsveçə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 92 dəfə oxundu.